21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Cari ildə sosial müavinət alan vətəndaşlara digər sosial yardımların təyin olunacağı halda, bütün vəsaitin mövcud plastik kartlarla ödənilməsi planlaşdırılır. Bu haqda məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.
Ötən ildən etibarən nazirliyin strukturlarında korporativ şəbəkə üzərində işləyən sosial müavinət və təqaüdlərə dair xüsusi proqram təminatının tətbiqinə başlanması dövlətdən bir neçə müavinət növü alan vətəndaşa bir plastik kartdan istifadə etməyə şərait yaradılıb. Bu sistemin tətbiqinə qədər isə eyni şəxs dövlət tərəfindən ona təyin edilmiş bir neçə müavinət növünün hər birini ayrı-ayrı plastik kartla alırdı.
Araşdırmalar zamanı məlum olub ki, sosial müavinətlərin avtomatlaşdırılması ilə əlaqədar ödənişlər eyni mənbədən aparıldığı üçün dövlətdən bir neçə müavinət növünü alan vətəndaşa bir plastik kartın verilməsi daha məqsədəuyğundur. Məhz bu sistemin tətbiqi sayəsində 2008-ci ilin ikinci yarısında 5.167 plastik karta və yaxud 32 min 139 manat vəsaitə qənaət edilib.