21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Çinin Milli Müdafiə etmə Texnologiyası Universiteti dünyanın ən güclü ikinci super kompüterini hazırlayıb. “Milky Way One” adlı super kompüterin parametrləri çox maraqlı xüsusiyyətə malikdir.
Dünyanın ikinci ən güclü super kompüteri olduğu iddia edilən “Milky Way One” 155 ton ağırlığındadır və 1000 kvadrat metr yeri əhatə edir. Super kompüter 103 ədəd şkafa ancaq yerləşə bilir.
Onun daxilində 6144 ədət İntel prosessor (3072 ədəd Quad-Core Xeon E5540 və 3072 ədəd Quad-Core Xeon E5450) və 5120 ədəd AMD qrafik prosessor (2560 ədəd Radeon HD 4870 X2) var.
Bu təchizata sahib olan super kompüterin bir gündə etdiyi işi, cüt nüvəli prosessorlu standart masaüstü kompüteri 160 ilə tamamlaya bilər.
“Milky Way One” neft axtarışı və kosmos vasitələri inkişaf etdirmə sahələrində istifadə ediləcək. Qiyməti 89 milyon dollardır.