Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında “Startup Azərbaycan” layihəsi çərçivəsində developerlərin, proqramçıların, İT mütəxəssislərin və ekspertlərin toplantısı keçirilib.
Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında “Startup Azərbaycan” layihəsi çərçivəsində developerlərin, proqramçıların, İT mütəxəssislərin və ekspertlərin toplantısı keçirilib.
Startup Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz,  TK üzvü  Ülvi Aslanov  toplantı iştirakçılarına Startup Azərbaycan Layihəsi  haqqında geniş məlumat veriblər. 
Toplantı iştirakçıları Startup Azərbaycan  Müsabiqəsinin Qaydaları, Startup Azərbaycan çərçivəsində həyata keçiriləcək digər tədbirlər, qarşıdakı  Startup Weekend  tədbirləri və startupçılar üçün keçiriləcək Təlimlərlə bağlı məlumatlar əldə ediblər.
Startup Azərbaycan tədbirlərinin  İyun ayının sonlarında  keçirilməsi nəzərdə tutulan Təqdimat mərasimi ilə yekunlaşacağı  bildirilib.  
Sonda toplantı iştirakçılarının  maraqlandıran çoxsaylı  suallar cavablandırılıb.
Startup Azərbaycan Layihəsinə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verir. 
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.
Microsoft, İnfipro şirkətləri də Startup Azərbaycanın sponsorlarıdır.
Geniş məlumat : www.startup.az 
Startup Azərbaycan  SUMQAYIT Toplantısının foto materialları: 
https://www.facebook.com/startupazerbaijan