21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bakı Riyeltorlar Assosiasiyası (BRA) Azərbaycanda daşınmaz əmlakın vahid elektron bazasının yaradılması üzrə işlərin birinci mərhələsinə başlayıb. BRA-nın həmtəsisçisi Nüsrət İbrahimovun sözlərinə görə elektron bazanın yaradılması üzərində işlər artıq aparılır.
“Birinci mərhələdə baza üçün proqram təminatı yaradılacaq. Proqramçılar artıq bu istiqamətdə müvafiq işlər görürlər. Kompüter avadanlığın alınması isə lazımi vəsaitin olmamasına görə hələ həyata keçirilmir”, - deyə N. İbrahimov bildirib.
Layihənin məbləği 150 min ABŞ dolları təşkil edir. Assosiasiya tərəfindən sistemin ilkin variantı hazırlanıb. Sistem bütün regionlardan riyeltorlar tərəfindən alınan məlumat əsasında təşkil olunacaq. Sonra həmin məlumatın mərkəzləşdirilmiş qaydada emalı və yerləşdirilməsi, yəni daşınmaz əmlak bazarındakı tələbat və təklif üzrə vahid bazanın yaradılması nəzərdə tutulur. Bunun əsasında BRA analitik məhsullar hazırlayacaq və dünyada qəbul olunmuş bazar indekslərini aparacaq. Qeyd edək ki, sistemin həm açıq həm də kommersiya hissələrinin olması nəzərdə tutulur.
Layihənin həyata keçirilməsinə Azərbaycanın AZEL şirkətinin cəlb olunması planlaşdırılır. Əvvəlcə bütün Respublika, ilk növbədə isə Bakı şəhəri üzrə şəbəkə yaradılacaq və bütün riyeltorlar ofisləri lazımi texnika və internetə çıxışla təmin olunacaq. Layihənin ilkin mərhələsinin 2-3 ilə həyata keçiriləcəyi, vahid informasiya bazasının isə 5 ilə istifadəyə veriləcəyi gözlənilir.// www.abc.az