21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
1 Fevral tarixində Gənclərin Fəaliyyətinə Dəstək Mərkəzində Azərbaycanda ilk Podkast - audio bloqçuluq” haqqında seminar keçirilib. Seminarda podkast, podkastın əhəmiyyəti, podkast haqqında texniki biliklər, podkast alətləri və audio bloqçuluq haqqında nümunələrə əsasən ümumi məlumatlar verilib.
Tədbirə podkastla maraqlanan bloqçular, jurnalistika fakültəsinin tələbələri və həvəskar gənclər iştirak edib.Podkast - audio bloqçuluq sahəsində geniş təcrübəyə malik Azər Nəzərov (www.velvele.az) və Xanım Cavadova (www.cive.az) seminar iştirakçıları qarşısında xüsusi təqdimatla çıxış ediblər.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda ilk Podkast - audio bloqçuluq” seminarı Sosial Podkastinq layihəsi çərçivəsində keçirilir. Layihə çərçivəsində,bu təlimdən əlavə, Bakı və Sumqayıt şəhərlərində bir sıra podkast təlimləri və seminarları keçirilməsi planlaşdırılır. 
 
Sosial Podkastinq layihəsi “Netizen” (“İnternet Citizen”) Yeni Media təşkilatı tərəfindən keçirilir. Layihənin kordinatoru Jalə Nəcəfovanın verdiyi məlumata görə təşkilatın  məqsədi Azərbaycanda Yeni Medianı inkişaf etdirmək,Yeni Medianın cari inkişaf sürətini yerli və xarici mütəxəssislərin köməyilə artırmaq, bu sahədə beynəlxalq yenilikləri izləyərək onların yerli tətbiqinə kömək etməkdən ibarətdir.
xeberler.az/Ellada