21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Noyabrın 11-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) “Uşaqların internet təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçiriləcək.
Dəyirmi masada internetdə yayılan təhlükəli, yönləndirici informasiyaların, uşaqların psixologiyasına təsiri və bunlarla mübarizə yolları ətrafında müzakirələr aparılacaq.
Bu barədə nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.
Şöbə müdiri bildirib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr tarixlərində ölkədə “Uşaq hüquqları” aylığı keçirilir.
“Hər bir uşağın qayğısına qalaq!” devizi ilə keçirilən bu aylıq çərçivəsində Azərbaycanın şəhər və rayonlarında uşaq hüquqlarının effektiv təmininə və təbliğinə yönəlmiş maarifləndirmə tədbirləri, dəyirmi masalar, treninq-seminarlar, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində müsabiqələr, sərgilər təşkil olunur. Aylığın məqsədi uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının müdafiəsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Mənbə: mincom.gov.az