21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Zeynal Məmmədli: “Bu, bizi geriyə aparacaq”
Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli rəhbəri olduğu qurumun səlahiyyətlərinin artırılmasını təklif edib. Sözügedən təklif Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin telekanallarla bağlı tənqidi məqaləsinin müzakirəsinə həsr olunan tədbirlərdə də səslənib. Maraqlıdır, bu təklif həyata keçsə, bunun elektron mediaya nə kimi ziyanı və ya xeyri ola bilər? MTRŞ-in əlinə administrativ cəza metodlarının verilməsi problemi həll edə biləcəkmi?Media eksperti Zeynal Məmmədli bildirdi ki, belə bir təklifin gündəmə gəlməsi hələ də sovet adamı şüurunu içimizdən çıxara bilməməyimizin nəticəsidir. 
Onun sözlərinə görə, bu cür adamlar səlahiyyətlərini artırmaqla televiziyalardakı problemləri həll etməyin mümkünlüyünə inanırlar. Müsahibimiz inzibati idarəetməni seçmək, cəzaları artırmaqla söz və mətbuat azadlığının məhdudlaşdırılacağına inanır: “Milli Teleradio Şurası kimi təcrübəsiz bir quruma hakim statusunun verilməsi doğru deyil. Onun səlahiyyətlərinin artırılması bizi geriyə doğru aparacaq. Sərbəst bazar yoxdursa, bəzi məsələlər necə müəyyənləşəcək? Bizim televiziya bazarı nə qədər qapalı olsa da, insanlar buna öz reaksiyasını göstərdi: onları yox, peyk kanallarını seçdi. Bəs onda bu reklamlar həmin kanallara necə gəlib çıxıb? Bazar cəzalandıra bilərsə, Milli Teleradio Şurasının cəzasına nə ehtiyac var?”
Z.Məmmədli bu gedişlə MTRŞ-ə “xalq artisti” statusunu paylama səlahiyyəti veriləcəyinə də inanır. Müsahimiz bu məsələdə MTRŞ-in özünü Türkiyədəki analoji qurum - Radyo Televizyon Üst Kurulu (RTÜK) ilə müqayəsi etməsini də yersiz sayır. Onun sözlərinə görə, Türkiyədə bizdəkindən qat-qat artıq sayda televiziya var və onlarçün normal bazar şərtləri yaranıb: “Əsas da odur ki, onların həmin para cəzasını kompensasiya etmək imkanı var. Bizdə isə sərbəst bazar olmayınca bu problemdən çıxış yolu da olmayacaq”. // http://musavat.com