21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin NTV telekanalının Azərbaycandakı jurnalisti Ramin Abdullayevi akkreditasiyadan məhrum edib. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov çərşənbə günü bildirib.
"Dağlıq Qarabağın Xarici İşlər Nazirliyi" akkreditasiyasını alan NTV telekanalının (İstanbul) baş ofisinin çəkiliş qrupunun işğal altında olan Dağlıq Qarabağa səfəri ilə əlaqədar olaraq Azərbaycanın Xarici İşlər Nazirliyi sentyabrın 25-də Türkiyənin Azərbaycandakı səfirliyinə nota təqdim edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.