21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Amerikalıların əksər hissəsi mobil telefonlar vasitəsilə şəxsi maliyyə əməliyyatlarının aparılmasına etibar etmir.
KPMG şirkəti tərəfindən 500 respondent arasında sorğu keçirilib və onların yalnız 9%-i təsdiq edib ki, mobil bankçılıq təcrübəsinə malikdir. Sorğuda iştirak edən respondentlərin 76%-i bank xidmətlərindən online rejimində fərdi kompüter vasitəsi ilə müntəzəm olaraq istifadə edir.
Sorğuolunanların 95%-i İnternetdə mobil telefon vasitəsi ilə alqı-satqı əməliyatları aparmaq fikrində deyil, 48% bu cür tranzaksiyalar həyata keçirərkən təhlükəsizlik məsələlərindən narahat olduğunu bildirib.
Sorğu iştirakçılarının təxminən 19%-i yaxın bir il ərzində mobil bankçılıq xidmətlərindən istifadə etməyə hazır olduğunu bildirib, lakin cəmi 7% bu xidmətin pulunu ödəməyə hazırdır.
Azərbaycanda isə mobil bankçılıq xidmətlərinin istifadəçilərinin sayı bəzi banklarda İnternet bankçılıq xidmətlərinin istifadəçilərindən çoxdur. Lakin burda bu xidmətlər bir çox hallarda bank əməliyyatlarının həyata keçirilməsindən daha çox hesabdan çıxarışların əldə olunması, yeni xidmətlər haqqında məlumatların alınması və s. üçün istifadə edilir, konkret bank əməliyyatları isə çox az sayda həyata keçirilir.