21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
İranın Dövlət Radio və Televiziya Təşkilatının internet səhifəsinin Azərbaycan dilindəki bölməsinə (http://azeri.irib.ir/) və İranın “Səhər” kanalının internet səhifəsinə (http://setv.irib.ir/) Azərbaycandan daxil olmaq mümkün deyil.
“Media forum” saytının xəbərinə görə, oktyabrın 4-də İranın Dövlət Radio və Televiziya Təşkilatının internet səhifəsində “Azərbaycanda sionistlərin nəzarətində olan dövlət qurumları” başlıqlı videomaterial yerləşdirilib. Bir neçə millət vəkilinin, dövlət məmurunun islam əleyhinə keçirilən kursların iştirakçısı olduğu qeyd edilib. Eyni material “Səhər”in saytında da yerləşdirilib.
İran tərəfi bildirir ki, sözügedən ünvanlar Azərbaycandan bloklaşdırılıb.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, adıçəkilən saytların bloklaşdırılması fikri əsassızdır. O qeyd etdi ki, bu məsələnin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə heç bir əlaqəsi yoxdur.