21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Azerfon-Vodafone”-nun dəstəyi, “Qan Donorlari Assosiasiyası” İctimai Birliyi və Azərbaycan Tibb Universitetinin “SİFE” komandasının təşkilatçılığı ilə “www.QanVer.az” veb səhifəsinin təqdimat mərasimi keçirilmişdir.
Təqdim edilən veb səhifənin əsas məqsədi Azərbaycanda ilk dəfə olaraq könüllü donorların elektron bazasını yaratmaqdır. Bununla da, qana ehtiyacı olan və eyni zamanda qanvermə ilə bağlı hər hansı bir sualı olan insanlar rahatlıqla müraciət edərək istənilən informasiyanı sayt vasitəsi ilə əldə edə biləcəkdirlər. 
Azerfon-Vodafone hər zaman sosial layihələri dəstəkləyərək diqqət mərkəzində saxlayır və onlara qayğı göstərir. Layihə zamanı toplanacaq qan daha sonra irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində təmənnasız istifadə olunacaqdır. 
Qeyd edək ki, “Qan Donorlari Assosiasiyası” İctimai Birliyi Respublikada qan donorluğunun inkişafına dəstək məqsədi ilə 2007-ci ilin sentyabrında bir qrup könüllü qan donorlarının təşəbbüsü ilə təsis olunmuşdur. Birliyin əsas məqsədi respublikada daimi könüllü qan donorlarından ibarət milli donor şəbəkəsini yaratmaq və qan ehtiyacı olan insanlara dəstək olmaqdır.