21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Amerikada, ailələrə uşaqlarının təhlükəsizliyindən ötrü onların Facebook şifrəsini oğurlamağı məsləhət görən bir polis yeni narazıçılığa səbəb olub.
Hazırki dövrün uşaqlarını internetdən və texnologiyadan məhrum etmək, həm son dərəcə mərhəmətsizlik həm də onların gələcəyi üçün çox mənfi bir qərar olardı. Ancaq hər bir ana və ya ata da internetdə mənfi məzmunlarla bağlı böyük narahatlıq hissi keçirir.
Amerikada, New Cerseli polis rəisi olan Ceyms Batellinin bu mövzu ilə bağlı radikal bir təklifi var.
Batelli, ailələrə 80$ qiymətinə ala biləcəkləri və klaviaturadan yazılan hər şeyi qeydə ala bilən keylogger proqramlarını təklif edir. Beləliklə uşaqların Facebook şifrəsini öyrənərək sosial şəbəkədə nələr etdiyini daha sonra özünüz uşağınızın hesabından girərək görə biləcəksiniz. Bundan əlavə bu proqram sayəsində uşağınızın MSN şifrəsini və MSN-də nələr yazdığını da asanlıqla görə bilməniz mümkündür. Təbii siz bunları edərkən uşağınızın bu vəziyyətdən qətiyyən xəbəri olmayacaq.
Lakin bu təklif Amerikada böyük narazıçılığa səbəb olub. Belə ki, amerikalı valideynlərin fikrincə bu təklif uşaq və valideyn arasında olan inamsızlığın daha da artmasına səbəb ola bilər./// fakto.info