İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Mətbuat Şurası qəzetlərə xəbərdarlıq edib

11.01.2011 [12:06]

Fontu böyüt:      

Rəhbərlik etdiyi qurumun 2010-cu ildə gördüyü işlərə dair hesabatını təqdim edən MŞ-nın sədri Əflatun Amaşov bildirib ki, sənəddə şuraya daxil olan şikayət və müraciətlərin araşdırılmasına, “reket jurnalistika”ya qarşı mübarizə tədbirlərinə, diffamasiya təşəbbüslərinin reallaşdırılmasına, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı ilə əlaqədar məsələlərə, milli mətbuatın 135 illiyi ilə əlaqədar Prezident sərəncamından irəli gələn vəzifələrin həllinə geniş yer ayrılıb.

Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin 2011-ci ildə ilk iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasın gündəliyinə dörd məsələ daxil edilib.

Rəhbərlik etdiyi qurumun 2010-cu ildə gördüyü işlərə dair hesabatını təqdim edən MŞ-nın sədri Əflatun Amaşov bildirib ki, sənəddə şuraya daxil olan şikayət və müraciətlərin araşdırılmasına, “reket jurnalistika”ya qarşı mübarizə tədbirlərinə, diffamasiya təşəbbüslərinin reallaşdırılmasına, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı ilə əlaqədar məsələlərə, milli mətbuatın 135 illiyi ilə əlaqədar Prezident sərəncamından irəli gələn vəzifələrin həllinə geniş yer ayrılıb. İdarə Heyəti sənədin müəyyən əlavələrlə xüsusi toplantıda geniş ictimaiyyətə çatdırılması və ayrıca kitab şəklində buraxılması barədə qərar qəbul edib. İclasda MŞ-nın 2011-ci ilə dair iş planı da təsdiq olunub.

Qərara alınıb ki, bu il diffamasiya haqqında qanunun ölkə parlamentinə təqdimatı sahəsindəki işlər davam etdirilsin, rəsmi qurumların elan və reklamlarının KİV-lərdə yerləşdirilməsi məsələsinə dair işlər görülsün. İş planına internet jurnalistika və müstəqilliyimizin bərpasının 20 illiyi ilə əlaqədar tədbirlərin təşkili də daxil edilib. İclasda MŞ-nın Şikayətlər və “Reket jurnalistika”ya qarşı mübarizə komissiyalarının çıxardığı rəylər əsasında üç qərar qəbul olunub. “Salamnyus” İnformasiya Agentliyinin “Tarixi şəxsiyyətlər” jurnalına qarşı şikayəti ilə bağlı bildirilib ki, jurnalın səkkizinci sayında Azərbaycanın xəritəsinin təhrifi, qonşu dövlətə məxsus xeyriyyə cəmiyyətinin Bakı ofisinin fəaliyyətini əks etdirən xəritə sxeminin yanlış şəkildə təqdimatı jurnalın mövqeyini şübhə altına qoyur. İdarə Heyəti bütün bunları əsas götürərək Tarixi şəxsiyyətlər jurnalına ciddi xəbərdarlıq edilməsi və Xarici İşlər Nazirliyinə müvafiq məlumat göndərilməsi barədə qərar verib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gündəm siyasət qəzetinə qarşı şikayəti əsasında çıxarılan qərarda isə mətbu nəşrə xəbərdarlığın olunması məqbul sayılıb. İclasda həmçinin Reytinq qəzetinə Azərbaycan Mətbuat Şurasının sonuncu xəbərdarlığı edilib.

 Qərara alınıb ki, KİV-in bir aylıq sayının monitorinqi aparılsın.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar