21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Atatürk Mərkəzində AİF tərəfindən “İKT və Azərbaycan dilinin istifadəsi
problemləri” mövzusunda Dəyirmi Masa keçirilib.
AİF prezidenti Osman Gündüz son dövrlərdə müasir Azərbaycan dilində  İKT ilə əlaqəli xeyli yeni sözlərin əmələ gəldiyini və bu sözlüklərin də böyük əksəriyyətinin Orfoqrafiyada
öz əksini tapmadığını bildirib.  O, ölkədə   İKT –nin inkişaf  tempi ilə, İnformasiya texnologiyalarından istifadə edənlərin artım tempi ilə bu  sahədə Azərbaycan dilindən effektiv istifadənin uzlaşmadığını vurğulayıb. Bununla  bağlı maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirələrin keçirilməsinin  zərurət yarandığı və bunun əhəmiyyətli olacağını qeyd edilib.
Dəyirmi Masada AİF üzvləri , ekspert Firudin Əhmədovun “İKT və Azərbaycan dilinin istifadəsi problemləri”, ekspert Vahid Qasımovun “İnternetdə Azərbaycan dilindən istifadənin vəziyyəti” mövzularında təqdimatları olub. Hər iki təqdimatda ölkədə İKT sahəsində, o cümlədən İnternetdə Azərbaycan dilinin tətbiqi ilə bağlı vəziyyət araşdırılıb və bu prosesin daha səmərəli və effektiv qurulması üçün təkliflər irəli sürülüb.
Dövlət qurumlarının, təhsil və elm sahəsinin, ictimai sektorun təmsilçilərinin, müstəqil ekspertlərin iştirak etdiyi Dəyirmi Masada İKT sahəsində Azərbaycan dilinin tətbiqinin daha da təkmilləşdirilməsin istiqamətində müzakirələr aparılıb.
Müzakirələrdə AMEA-müxbir üzvləri , İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, ADNA-nın kafedra müdiri Sabit Kərimov, ekspert Azər Həsrət, Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov, Dilmanc Layihəsinin nümayəndəsi Rauf Fətullayev, Milli Məclisin İKT sektorunun nümayəndəsi Ceyhun Əliyev, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sektor müdiri Əli Kərim, professor Qulu Məhərrəmli, Microsoft-Azərbaycan şirkətinin nümayəndəsi Emin Axundov , İqtisad Universitetinin müəllimi Mətləb Əlizadə, dilçi Xanım Qasımova və digərləri çıxış ediblər.
Müzakirələr zamanı ölkədə Azərbaycan dilinin İKT sahəsində tətbiqi ilə bağlı konseptual və konkret məqamlar üzərində dayanılıb. İKT terminləri üzrə vahid standartların yaradılmasının zəruriliyi vurğunlanıb. Azərbaycan dilinə aid İnternet resursların yaradılmasının vacibliyi bildirilib. Azərbaycan dilindən istifadə ilə bağlı İnternetdə xüsusi Portalın, həmçinin dil üzrə onlayn “Təcili yardım” xidmətinin yaradılması təklifi irəli sürülüb. Yeni lüğətlərin yaradılmasının vacibliyi, mövcud lüğətlərin isə elektron formaya keçiriləcəyi bildirilib.
Çıxış edənlər bu tip ictimai müzakirələrin xeyli faydalı olduğunu və bunun davam etdirilməsinin vacibliyini qeyd ediblər. DİLÇİLİK İnstitutu tərəfindən bu sahədə xeyli görüləcək işlərin olduğu xüsusilə diqqətə çatdırılıb. Tədbirdə təəssüflə qeyd edilib ki, dəvət edilməsinə baxmayaraq RİTN-nin nümayəndələri toplantıya qatılmayıb.