21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
  Azərbaycanın İKT İnformasiya Mərkəzi ölkədəki İnternet istifadəçiləri arasında bir neçə dələduzluq faktı aşkarlayıb. İnformasiya Mərkəzindən «APA-ECONOMICS»ə verilən məlumata görə, dələduzlar tanışlıq saytlarında və müxtəlif çatlarda qız «nik»ləri altında gizlənərək, tanışlığı reallıqda davam etdirmək təklifi ilə oğlan istifadəçilərindən mobil telefonlar üçün kontur kodlarını göndərməyi xahiş edirlər. Bu cür dələduzluq hallarına Rusiyanın «Mamba» adlanan tanışlıq sistemində rast gəlmək olar. Həmin sistemdə artıq 50 mindən çox azərbaycanlı istifadəçi qeydiyyatdan keçib. 
  İKT Mərkəzinin ekspertləri hesab edirlər ki, mobil rabitə operatorları bu konturların yüklənildiyi telefon nömrələrini müəyyən etmək üçün zəruri texnologiyaya malikdir və məlum kodlarla kontur yükləyən telefon sahiblərini müəyyənləşdirə bilər: «Bu məlumat əsasında dələduzları aşkar edib, məsuliyyətə cəlb etmək mümkündür». 
  Məsələyə münasibət bildirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri və Əlaqələndirmə Şurasının üzvü Rüfət Gülməmmədov «APA-ECONOMICS»ə açıqlamasında qeyd edib ki, nazirlik tərəfindən bu cür halların qarşısı yalnız müvafiq məhkəmə qərarı əsasında alına bilər. Nazirlik rəsmisi hesab edir ki, İnternet şəbəkəsində «nik» altında gizlənən şəxslərin şəxsiyyətini müəyyənləşdirmək çətin məsələdir: «Hər hansı bir «nik» haqqında məlumatı yalnız onun qeydiyyatdan keçdiyi serverdən almaq olar, bu da məhkəmə təhqiqatı əsasında mümkündür».
  Buna görə də, zərərçəkənlər mütləq hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Bu məsələdə isə həm mobil rabitə operatorları, həm də hər hansı bir saytın administrasiyası «nik» altında gizlənənin şəxsiyyətinin müəyyənləşdirilməsində kömək edə bilər.