21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Microsoft Şirkəti məşhur poçt xidməti Hotmail-də istifadəçilər arasında yayılan ən populyar parolları aydınlaşdırıb.
Acunetix şirkətinin ( Acunetix - internetdə təhlükəsizliyi təmin etməkdə ixtisaslaşıb) saytında verilən xəbərə görə, ən çox yayılan parol “12345” olub. Bu parol 10028 sındırlan poçtanın 64-də istifadə edilib. 18 istifadəçi isə özlərini düşüncəli hesab edərək şəxsi yazışmalarının məxfiliyini “123456789” parolu ilə gizlədiblər. Bu birləşmə ikinci yeri tutub. Üçüncü yerdə isə ən çox populyar qadın adı “alejandra” olub. Dördüncü yeri isə altı rəqəmin birləşməsi tutub. Cinayətkarların tapdığı gizli sözlərin 90%-ı isə unikal olub.
Acunetix-in mütəxəssisləri ehtimal edirlər ki, naməlum xakerlərin qurbanları əsasən latınamerikalılardır.Onların parollarının arasında çoxlu ispan adları və sözbirləşmələri var. Ən uzun parol- “Lafaroleratropezo-oooooooooooooo”- 30 işarədən, ən qısa – yeganə-“bir işarədən” ibarətdir. Ən populyar əsas açar sözün uzunluğu 6,7,8 və 9 işarədir. Belə parollar xakerlərin “ovunda” müvafiq olaraq – 22%, 14%, 21% və 12% təşkil edib.