21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Noyabrın 18-dən etibarən «Xalq Kompüteri» layihəsinin növbəti mərhələsinə start verilib. Hələ ki, layihə yalnız orta məktəb müəllimlərinə aid edilir.Lakin 2010-cu ilin Yanvar ayından etibarən layihəyə ali məktəb müəllim və tələbələrinin də cəlb olunması gözlənilir.
Bu haqda açıqlama verən, "HP Azərbaycan" şirkətinin biznes inkişafı üzrə meneceri Rasim Bəxşi bildirib ki, 2010-ci ilin Yanvar ayından etibarən layihə çərçivəsində kompüterlər ali məktəb müəllimlərinə və tələbələrə təqdim ediləcək.Bu zaman kompüterlərin qiyməti dəyişməyəcək, konfiqurasiyaları isə gücləndiriləcək. Belə ki, artıq 2 GB əməliyyat yaddaşının əvəzinə 3 GB əməliyyat yaddaşı olan kompüterlər təqdim ediləcək.
Bununla yanaşı, layihədə iştirak etmək üçün iki şirkət - «Symantec» və «KÜR» şirkəti təşəbbüs irəli sürüb. Belə ki, birincisi «Norton Antivirus» proqramlarını layihə çərçivəsində güzəştli şərtlərlə (ayda 35 qəpik), yerli zavod isə 1 və 4 portlu ADSL modemlərini müvafiq olaraq ayda 2,8 manat və 3,5 manat ödəməklə almağı təklif edir.
Bundan başqa, layihə çərçivəsində kompüter alanlara 1 aylıq pulsuz internet xidmətləri təqdim edilir. «Bestcomp Group» şirkəti tərəfindən 3, 6 və 9 ay ərzində kompüterin dəyərini ödəyənlərə müvafiq olaraq çox funksiyalı printer, printer və flash-kart hədiyyə olunacaq.
Qeyd edək ki, «Xalq Kompüteri» layihəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Təhsil Nazirliyi, HP və Microsoft şirkətləri tərəfindən reallaşdırılır. Kompüterlərin tədarükünü isə «Bestcomp Group» şirkəti həyata keçirir.
Layihə bir sıra mühüm dövlət proqramlarına, o cümlədən «Elektron Azərbaycan» Dövlət Proqramına və «2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı»na tam uyğundur.
Layihənin əsas məqsədi əhalinin sosial təbəqələri üçün lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterlərin güzəştli şərtlərlə əldə olunmasında şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli bərabərsizliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir."Xalq kompüteri" layihəsinin icrası Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürüdür.