21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Adobe Systems Incorporated şirkətinin rüblük mədaxili fəaliyyəti boyu ilk dəfə olaraq bir milyard ABŞ dollarını keçib.
Belə ki, şirkətin hesabatına əsasən 2010-cu maliyyə ilinin dördüncü rübü ərzində proqram təminatı istehsalçısının gəliri 1,01 milyard dollar olub. Bu, ötən ilin həmin dövründə əldə olunmuş 757 milyon dollardan 1,3 dəfə çoxdur. Adobe-un təmiz mənfəəti isə 269 milyon dollar, və ya bir səhm üzrə hesabda 53 sent təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2009-cu ilin dördüncü rübünü şirkət vergi ödənişləri və apardığı struktur dəyişikliyi nəticəsində 32 milyon dollarlıq (bir səhm üzrə 6 sent) ziyanla başa vurub.
Ümumiyyətlə 2010-cu ildə Adobe şirkəti 3,80 milyard dollar mədaxil əldə edib ki, bu ötən ilin 2,95 milyard dollarlıq göstəricisi ilə müqayisədə 29 faiz çoxdur. Bu zaman təmiz mənfəət $386,5 milyondan (bir qiymətli kağıza görə 73 sent) $774,7 milyonadək (bir qiymətli kağıza görə 1, 47 dollar) artıb. Maliyyə göstəricilərinin təqdim olunmasından sonra şirkətin səhmlərinin dəyəri 5,4 faiz yüksəlib.