21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bakı Dövlət Universitetinin (BDU) Tədris Elektron Mərkəzinin mərkəzin açılışı olub
Açılış mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov Tədris elektron mərkəzinin yaranma zərurətindən, fəaliyyət istiqamətindən bəhs edib. O bildirib ki, qurum BDU-nun 2006-cı ildən etibarən Bolonya prosesinə qoşulması ilə əlaqədar bu prosesin prinsiplərinin həyata keçirilməsinə ciddi nəzarət edilməsi məqsədilə yaradılıb. Mərkəz eyni zamanda universitetdə bakalavriat və magistratura pillələri üzrə tədris prosesinin gedişinə, imtahan sessiyasının mütəşəkkil keçirilməsinə, ayrı-ayrı fənlər üzrə kreditlərin yerinə yetirilməsinə, distant təhsil tətbiqinin genişləndirilməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə nəzarətin daha da gücləndirilməsi işini yerinə yetirir.
Açılış mərasimində iştirak və çıxış edən professor-müəllim heyəti Tədris Elektron Mərkəzinin əhəmiyyətini vurğulayıb, bu sistemin tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyinə əmin olduqlarını bildiriblər. Qeyd edək ki, Tədris Elektron Mərkəzinin fəaliyyətə başlaması haqqında qərar BDU-nun Böyük Elmi Şurasının iclasında qəbul edilib.