21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dünən Səbayel Rayon Məhkəməsində “Yeni Müsavat” qəzetinin ANS Şirkətlər Qrupuna qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib. Hakim Famil Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qəzeti vəkillər Vaqif Hüseyn və Məzahir İsrailov təmsil edib. Proses barədə məlumat verən V.Hüseynin sözlərinə görə, hazırlıq iclası sentyabrın 29-da davam edəcək. Sözügedən mərhələnin bu gün bitməməsinin səbəbi cavabdeh tərəfin iddiasıdır. Belə ki, ANS-in vəkilləri məhkəmə aidiyyatı barədə vəsatət qaldırıb. Qarşı tərəf “Yeni Müsavat”ın qaldırdığı iddiaya ümumi məhkəmədə baxıla bilməyəcəyini, bu iddianın İqtisad Məhkəməsində çözülməli olduğunu deyib. V.Hüseyn deyib ki, bu vəsatətə etiraz bildiriblər: “Çünki qarşı tərəflə aramızda heç bir iqtisadi çəkişmə yoxdur. Telekanal və sayt qəzetimizin yazdıqlarını təkzib etməklə yanaşı, onun barəsində aşağılayıcı ifadələrə yer veriblər. Həmin ifadələr qəzetimizin işgüzar nüfuzunu ləkələyib. Bu isə İqtisad Məhkəməsinin predmeti sayıla bilməz. Mülki Prosessual Məcəllənin 26-cı maddəsində də göstərilib ki, yalnız iqtisadi münasibətlərdən irəli gələn mübahisələr sözügedən məhkəmədə həll oluna bilər”.
V.Hüseynin sözlərinə görə, məhkəmə hazırlıq iclasını sentyabrın 29-a təyin edib. Müsahibimiz bunun təxirə salınması üçün müraciət edəcəklərini dedi. Buna səbəb eyni tarixdə “Yeni Müsavat”la ANS-in digər bir məhkəmə çəkişməsinin olacağıdır.
Xatırladaq ki, “Yeni Müsavat” qəzeti ona dəyən mənəvi ziyana görə qarşı tərəfdən 100 min manat məbləğındə təzminat, habelə qəzet barədə işlətdiyi ifadələrə görə təkzib verilməsini tələb edir. Təkzibin saytda, habelə ANS-in efirində yayımlanması də tələblər sırasındadır.// www.musavat.com