21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Elektron təhsil” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Xeberler.az-ın məlumatına görə, tədbirdə iştirak edən təhsil nazirinin müavini Ceyhun Bayramov müsabiqənin 2010-cu ildən etibarən keçirildiyini bildirib: “Bu illər ərzində müsabiqəyə 3000-ə yaxın layihə təqdim olunub, bunların da yalnız 1104-ü bu il təqdim olunan layihələrdir. Bu da onun göstəricisidir ki, müsabiqəyə maraq günü-gündən artır. Müsabiqə 3 əsas istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Son nəticədə 21 nəfər qalib olub, 47 nəfərin işi isə fərqləndirilib.
Nazir müavininin sözlərinə görə, müsabiqənin rəsmi internet səhifəsində 6930 müəllim, 1877 tələbə, 5349 şagirdvə 638 valideyn qeydiyyatdan keçib: "Bu isə hər il keçirilən müsabiqənin uğurunu göstərir. İKT-nin təhsildə tətbiq edilməsi istiqamətində Azərbaycan dövləti davamlı addımlar atır. 10 mindən artıq kompüterin məktəblərə verilməsi, elektron lövhələrlə təhciz olunması bu sahədə görülən işlərin bir hissəsidir”.
Müsabiqənin keçirilməsində məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini gücləndirmək, tədris məqsədləri üçün internetdən istifadəninyeniüsullarını öyrənmək və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Qaliblərə mükafatlar təqdim olunub:
I yer- Kompüter
II yer- Planşet
III yer- Printer
Fərqləndirilən layihələrin sahiblərinə isə data kart və antivirus proqramı təqdimolunub.
Müsabiqənin keçirilməsinə “AZEDUNET”, “Edumedia”, “Ultra”, “Mədəd Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Nar Mobile” və “Dr.Web” şirkətləri sponsorluq edib.


Jalə Şahinqızı