21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
 Yeni medianın tədris modulları
hazırlanarkən beynəlxalq təcrübə öyrənilib, ölkənin yeni media bazarında
kadrlara olan tələb-təklif münasibətləri araşdırılıb və ekspertlər arasında
sorğular keçirilib. Tədris modullarının strukturu təhsil sahəsi ilə əlaqəli
mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunub.  Hər bir 
yeni media fənni üzrə kursun təsviri, məqsəd və vəzifələri, mövzular,
sual-tapşırıqlar , qiymətləndirmə və ədəbiyyatlar bölməsi ayrıca  işlənib.
Yeni medianın tədris modelinin  yekun
variantının aprel ayında keçirilməsi nəzərdə tutulan Konfransda geniş müzakirəsi
təşkil olunacaq.
Multimedia Mərkəzi bildirir ki , artıq Layihə çərçivəsində hazırlanan Online laboratoriyalar ayrıca domen adı müəyyən edilməklə jurnalistika təhsili verən 8 Universitetə təhvil verilib. Universitetin jurnalistika fakültələri üçün nəzərdə tutulan Onlayn Laboratoriyanın (Xəbər portalının) hazırlanmasında məqsəd jurnalist-tələbələrin praktiki bacarıqlarının artırılmasına şərait yaratmaq və köməklik göstərməkdir.
 Həmçinin , resursu idarə edəcək müəllimlər
və tələbələr  üçün Təlimlər keçirilib.
Yeni medianın tədrisinə kömək məqsədilə hazırlanan İnternet resurs üzərində işlər
də tamamlanmaq üzrədir.
Artıq xəbər verildiyi kimi  layihə çərçivəsində
BDU-da  tələbələrin İnternet TV  və İnternet Radio sahəsində praktiki vərdişlər
əldə etməsinə köməklik üçün  İnternet TV Studiya
yaradılması da nəzərdə tutulub. Hazırda Studiya üçün nəzərdə tutulan otağın tərtibatı
yekunlaşmaq üzrədir . Zəruri avadanlıqların xeyli hissəsi ələ olunub.
Studiyanın hazırlanması işində BDU-nun rəhbərliyi yaxından köməklik göstərir.
Multimedia Mərkəzi bir daha bildirir ki, Layihə çərçivəsində hazırlanan yeni medianın tədris modullarının və digər məsələlərin aprel ayının sonunda keçirilməsi nəzərdə tutulan konfransda müzakirəsi təşkil olunacaq.
xeberler.az/Günel