21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Milli Televiziya və Radio Şurası (MTRŞ) Televiziya və radio yayımı haqqında qanunun 14.1, 29.2-ci maddələrinə və Milli televiziya və radio yayımı haqqında əsasnamənin 7.3-cü, 8.1-ci bəndlərinə uyğun olaraq 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilənATV-İnternational (ATV İNT) televiziya kanalı üçün yeni bina tikiləcək. 
   
Bəs görəsən, bu telekanalda çalışmaq üçün müxtəlif dilləri bilən mütəxəssis tapmaq çətin olmayacaq ki?.. Ələlxüsus da erməni dilini bilən peşəkarları tapmaq asan görünmür.
   
Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı hesab edir ki, Azərbaycan Respublikasının vətəndaşı olub Dağlıq Qarabağda, Bakı şəhərində və digər yerlərdə yaşayan etnik ermənilər üçün erməni dilində proqramların, verilişlərin verilməsi çox normal haldır: Biz erməni və digər dillərdə proqramlar verməklə Azərbaycan həqiqətlərini daha geniş yaya bilərik.
   
 O, Türkiyənin TRT kanalında analoji təcrübənin olduğunu da xatırladıb: Erməni saxtakarlığı, erməni yalanları, soyqırım iddialarını ifşa etmək, bunlara cavab vermək üçün onların dilində veriliş açılması lazımdır.
   
Q.Çaxmaqlı ATV-İnternational telekanalına işçilərin cəlbi ilə bağlı rəhbərlik etdiyi quruma müraciət olmadığını əlavə edib: Bu, təzə bir məsələdir, bir həftə deyil ki açıqlanıb. Yəqin, bu məsələ ilə bağlı bizə müraciət olunacaq və telekanalın açılmasında iştirak edəcəyik. Şəxsən məndən söhbət getmir. Söhbət Erməni Araşdırmaları Mərkəzinin ətrafında toplaşan, erməni dilini bilən, həm də peşəkarlıq - jurnalistlik qabiliyyəti olanlardan gedir.
   
Q.Çaxmaqlı deyib ki, yeni telekanalda çalışmaq üçün ölkədə erməni dilini bilən yetərincə adam tapmaq olar: Seyran Ohanyanın təbirincə desək, düşmənin dilini bilmək ən böyük üstünlüyümüz olardı. Ancaq müəyyən mütəxəssis qıtlığı hiss edilir.