21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Xeberler.az “AzərTac”a istinadən xəbər verir ki, Azərbaycan Marketinq Cəmiyyəti (AMC) Dünya Bankı tərəfindən maliyyələşdirilən və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənən “Kənd təsərrüfatının kreditləşməsi və inkişafı üzrə ikinci layihə” çərçivəsində bazar informasiya və kommersiya mərkəzinin (BİKM) yaradılmasına dair tenderdə qalib gəlib. 
BİKM-in əsas funksiyası SMS xidməti vasitəsilə kənd təsərrüfatı məhsullarının, habelə kənd təsərrüfatı texnikası və avadanlıqları, gübrələr və digər məmulatların qiymətləri, onların dinamikası barədə fermerlərə operativ məlumatın çatdırılmasını təmin etməkdir. 
Üç il müddətinə nəzərdə tutulan  BİKM-in həyata keçirilməsi nəticəsində fermerlər respublikanın müxtəlif bölgələrində məhsulların qiymətləri, kənd təsərrüfatı texnikasının və avdanlıqlarının, həmçinin gübrələrin ən münasib qiymətlərlə təklif olunduğu ünvanlar barədə məlumat əldə edə biləcəklər. Əldə olunan informasiya fermerlərə kəmiyyət və keyfiyyətcə daha yüksək məhsul yetişdirməyə və bunun müqabilində daha yüksək gəlir götürməsinə əlverişli şərait yaradacaq. 
Layihə aqrar sektorda qabaqcıl informasiya-kommunikasiya texnologiyalarından istifadənin təkmilləşdirilməsi istiqamətində dönüş yaradacaq və ölkədə kənd təsərrüfatının inkişafına əhəmiyyətli töhfə verəcək.