21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Müasir, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infrastrukturunun, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlər ayrılacaq.
Xeberler.az-ın məumatına görə, bu barədə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda nəzərdə tutulub.
Proqramda qeyd olunur ki, 2015-2020-ci illərdə təhsil müəsisələrində informasiya- kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, təhsillə bağlı media və internet resurslarının inkişafı nəzərdə tutulub.
Təhsil sisteminin informasiyalaşdırlması proqramına uyğun olaraq bütün təhsil müəsisələrində informasiya- kommunikasiya texnologiyaları infrastrukturunun yaradılması nəzərdə tutulub. Bundan başqa, hər bir təhsil müəsisəsinin internetlə təmin edilməsi ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənilmiş kompüter-planşetlə təminatı nəzərdə tutulub.
O cümlədən, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması da nəzərdə tutulub.
Mirvar Nəcəf