21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Hewlett-Packard (HP) şirkəti Multi-Touch sensor ekranlı ilk noutbukunu təqdim edib. HP TouchSmart tx2 adlanan bu noutbuk, şirkət nümayəndələrinin sözlərinə görə kütləvi istifadə üçün işlənib hazırlanmış sensor displeyli ilk planşet kompüterdir. Yeni kompüteri artıq ABŞ ərazisində sifariş etmək olar, onun qiyməti isə 1149 ABŞ dollarından başlayır. 
Yeni qurğu 1280x800 piksel təsvir dəqiqlikli 12-düymlü genişformatlı rightView ekranı, LED – işıqlandırma sistemi və veb-kamera ilə təchiz olunub. Bu modeldə multisensor texnologiyası istifadə olunur ki, həmin texnologiyanın köməyi ilə istifadəçilər stilus və ya barmaqla öz əlavələri ilə idarə etmək imkanı əldə edirlər. Lakin hazırda MultiTouch-lı sensor interfeysindən istifadə yalnız HP MediaSmart əlavəsində mümkündür, Cnews  yazır. 
Yeni qurğu 2-2,4 QQs takt tezlikli AMD Turion X2 Ultra və ya AMD Turion X2 mobil prosessoru bazasında yığılıb. İstifadəçilərin ixtiyarına 500 QB-dək sərt diskli və 8 QB DDR2 operativ yaddaşlı modellər təqdim olunur. Video məlumatların emalını isə burada ATI Radeon HD 3200 videokartı yerinə yetirir. 
Qeyd edək ki, bundan əvvəl Dell sensor ekranla təchiz olunmuş Latitude XT modelini təqdim etmişdir. Lakin həmin noutbukun qiyməti 2,5 min. dollardan çoxdur ki, belə vəziyyətdə isə həmin portativ kompüteri kütləvi bazar məhsuluna aid etmək olmaz.