21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Ölkənin tanınmış həftəlik qəzetlərindən biri olan "Alma"nın kollektivi - şef redaktor Zahir Əzəmət, redaktor Elnur Astanbəyli, jurnalistlər Natiq Muxatrlı və Günel Mövlud, habelə texniki heyət qəzetdən istefa verib.
Qəzetin keçmiş şef-redaktoru Zahir Əzəmət atdıqları addımı Qaynar.info-ya belə izah edib: ""Alma" bir gənclik və təhsil proyekti idi. Ölkədə baş verən proseslərə tam dərinliyi ilə münasibət bildirmək, qəzetin kursu ilə uyğun gəlmirdi. Qərara gəldik ki, qəzetin kursunu dəyişməkdənsə, fəaliyyət müstəvimizi dəyişək. Ya yeni proyektlərə başlayacaq, ya da daha münasib KİV-lərdə işimizi davam etdirəcəyik."
Z.Əzəmət həmçinin KİV-də Elnur Astanbəylinin işdən qovulması və kollektivin buna etiraz olaraq istefa verməsi xəbərinə də münasibət bildirib.
"Elnur Astanbəyli ölkənin ən yaxşı qəzet redaktorlarından biridir. İşini hər zaman vicdanla yerinə yetirib. Onu, məni və ya hər hansı başqa işçini kimsə işdən qovmayıb. Ölkədə daha azad, daha cəsarətli sözün getdikcə qıt olmağa başladığı bir dönəmdə, qərar gəldik ki, "Alma" çətiri altında daldalanmağa ehtiyac yoxdur. Zatən, "Alma" həm də bir proyekt kimi edəcəyini etdi. İndi daha yeni işlərə- daha azad, daha geniş layihələrə ehtiyac var".
Z.Əzəmət həm də Qaynar.info-nun baş redaktoru olduğu üçün portalın da işində bəzi problemlərin ortaya çıxdığını bildirib:
"Qaynar.info sırf özümə aid olsa da, nə ofisi, nə də texniki avadanlıqları yox idi. İndiyə qədər fəaliyyətimizi "Alma" qəzetinin redaksiyasından idarə edirdik. Bu gündən etibarən isə "Qaynar.info" səyyar fəaliyyət göstərmək zorunda qalıb. Ya internet klublardan, ya da dost-tanışların ofisindən xəbərləri yerləşdirməklə məşğuluq. Güman ki, bu, fəaliyyətimizdə ciddi problemlərə gətirib çıxaracaq. Bu mənada çıxış yolu tapa bilməsək, çox güman ki, "Qaynar.info" da fəaliyyətinə son vermək məcburiyyətində qalacaq."