21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz. Prezidentin 5 fevral 2013-cü il tarixli Fərmanında RİTN və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin razılaşdırılmış təkliflərini nəzərə alaraq “2013-2015- ci illərdə “Elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasına münasibətini bildirib.
Xeberler.az saytına açıqlamasında bildirib ki, məlumdur ki, “Elektron hökumət”qurucuğu üzrə bir neçə il öncə başlanan 15 milyonluq bir layihə uğursuz oldu. Fikrimcə, bunun səbəblərindən biri Layihənin icrası ilə bağlı işlərin tam qapalı və qeyri-şəffaf keçirilməsi idi. Vətəndaş Cəmiyyəti, hətta xeyli dövlət qurumlarını da bu Layihədən kifayət qədər uzaq saxlamağa çalışdılar.
Güman ki 15 milyonluq Layihədə icra edə bilmədiklərini bu yeni Proqrama yenidən daxil edib büdcədən vəsait istəməyə çalışacaqlar.
Osman Gündüz qeyd edib ki, indiki Proqaramın hazırlanmasında da bir qapalılıq hiss olunur. Hələlik bilinən budur ki, RİTN –də bu istiqamətdə , demək olar ki əvvəlki qaydada, qapalı şəraitdə, Nazir müavinlərinin rəhbərliyi ilə yalnız dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə bir toplantı keçirilib. Məhz bununla bağlı əvvələr edilmiş müraciətə baxmayaraq Vətəndaş Cəmiyyətinə qabaqcadan bu haqa məlumat verilməyib.