21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Multimedia Mərkəzi tərəfindən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına  dəstək” Layihəsinin yekunlarına həsr olunan  Təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Layihə çərçivəsində keçirilən Treninqləri  başa  vuran 52 nəfər  jurnalistə Sertifikatlar təqdim olunub. 
Tədbirdə həmçinin  Layihə çərçivəsində  hazırlanan  “Jurnalistlər üçün İnformasiya  Texnologiyaları” kitabı təqdim olunub. 
Təqdimat mərasimində BDU-nun kafedra müdiri Cahangir Məmmədli, Xəzər TV-nin əməkdaşı, professor Qulu Məhərrəmli, İREX - Medianın nümayəndəsi Ələsgər Məmmədli, TURAN Agentliyinin direktoru Mehman Əliyev, BDU-nun dosenti Zaur Babayev, Sahil İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Vahid  Qasımov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova , Kitab Klubunun əməkdaşı Fazil Kərimov, Xeberler.az  İnternet Portalının redaktoru Ellada Mustafayeva və digərləri  çıxış ediblər. Onlar  Sertifikat alanlara uğurlar arzulayıb və  kitabın ölkədə İnformasiya Cəmiyyəti quruculuğunda müsbət rol oynayacağını bildiriblər. 
Təqdimat mərasimində  Medianın, Vətəndaş Cəmiyyəti subyektlərinin, İKT ictimaiyyətinin və beynəlxalq  təşkilatların nümayəndələri  iştirak edib.
Daha  geniş məlumat www.cit.az   saytında yerləşdirilib.