21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
HP və Microsoft şirkətləri, Aztelekom İstehsalat Birliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu, Bestcomp şirkəti və Qafqaz Universitetinin təşkilati və texniki dəstəyi ilə Sumqayıtda ali, orta-ixtisas və orta ümumtəhsil məktəblərinin şagird və tələbələri arasında keçirilən “Gənc informatiklər” müsabiqəsinin qaliblərinə əsas mükafat olaraq ötən il olduğu kimi bu il də “Rəqəmsal dünya” heykəlciyi təqdim olunacaq.
Şəhər İcra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin xeberler.az-a verdiyi məlumata əsasən internet səhifələrin və təqdimat işlərinin, bloqların hazırlanması, həmçinin mətn yığıcılığı istiqamətləri üzrə keçirilən müsabiqədə Münsiflər Heyəti tərəfindən 18 müxtəlif nominasiya müəyyən edilib.
İnternet səhifələr üzrə ən yaxşı internet səhifə; tərtibatına və dizaynına görə ən yaxşı internet səhifə; məzmunun görə ən yaxşı internet səhifə; proqramçı işinə görə ən yaxşı internet səhifə; orijinal mövzu baxımından ən yaxşı internet səhifə; təqdimatlar üzrə ən yaxşı təqdimat işi; tərtibatına və dizaynına görə ən yaxşı təqdimat işi; məzmununa görə ən yaxşı təqdimat işi; proqramçı işinə görə ən yaxşı təqdimat işi; orijinal mövzu baxımından ən yaxşı təqdimat işinə görə qiymətləndirilib. Bloqlar üzrə ən yaxşı bloq; tərtibatına və dizaynına görə ən yaxşı bloq; orijinal mövzu baxımından ən yaxşı bloq və İbtidai sinif şagirdləri arasında təşkil olunan mətn yığıcılığı yarışında isə ilin vunderkindi, ən çevik informatik, ən səliqəli informatik və ədib informatik seçiləcək.
Mükafatlandırma mərasimində qaliblərə fəxri fərman, müsabiqənin rəmzi heykəlciyi və qiymətli hədiyyələr, bütün iştirakçılara isə sertifikatlar təqdim olunacaq. // xeberler.az/Ellada