21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov 2010-cu ildə teleradio sahəsində qazandığı uğurlara görə “Azeri Business Award” mükafatına layiq görülüb.
“Business Time” jurnalının təsis etdiyi illik mükafatın təqdimat mərasimi “Buta Palace”da olub. Mərasimdə İctimai Teleradionun MDB-də ilk dəfə olaraq Avropa Yayımları Birliyinin Baş Assambleyasına ev sahibliyi etdiyi xüsusi vurğulanıb. Bildirilib ki, İctimai Televiziya artıq Azərbaycanda beynəlxalq layihələrin ünvanı kimi tanınan bir media quruma çevrilib. 2010-cu ildə əldə olunan nailiyyətlər sırasında “Eurovision Mahnı Müsabiqəsi”ndə Azərbaycanın iştirakını uğurla təşkil etməsi, parlament seçkilərini yüksək peşəkarlıqla işıqlandırması, bütün namizədlərə pulsuz efir vaxtı ayırması diqqətə çatdırılıb.
Həmçinin Türkiyə, Gürcüstan, Macarıstan, Ukrayna, Rusiya, Belorus və digər ölkələrlə mütəmadi olaraq telekörpülər həyata keçirdiyi, İctimai Televiziyanın artıq film istehsal edən bir quruma çevrildiyi, şirkətdə bu günədək 100-dən çox sənədli və bədii film çəkildiyi bildirilib. Yaradıcılıq sahəsindəki uğurlarla yanaşı, ölkə prezidenti cənab İlham Əliyevin birbaşa himayəsi ilə İctimai Teleradionun əməkdaşları üçün yaşayış binasının tikintisinə də başlandığı bildirilib.