21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Dilmanc” layihəsi çərçivəsində “Azərbaycan dilinin tezlik lüğəti” hazırlanıb.
Xəbərlər.az portalı AzərTAc-a istinadən xəbər verir ki, lüğətin tərtibi üçün Azərbaycan dilinin bütün üslubları təmsil olunmaqla təxminən 50 milyona yaxın söz-formadan ibarət mətnlər linqvostatistik təhlil edilib. Elmi, bədii, publisist, rəsmi, məişət və s. üslublara dair materialların elektron variantlarının mövcudluğu tədqiqatın hərtərəfli olmasına və statistik seçmə baxımından etibarlılığına imkan yaradıb.
Lüğətdə 12 minə yaxın söz kökü əhatə olunub. Leksikanın statistik modeli kimi tezlik lüğətləri nəzəri və tətbiqi dilçiliyin, ümumi leksikologiyanın, dil tədrisinin bir çox problemlərinin həlli üçün əvəzsiz mənbədir. Kiçik lüğətlərin, danışıq kitabçalarının hazırlanması, tədris materiallarının seçimi prosesində tezlik lüğətlərindən faydalanmaq olar. Tezlik lüğətləri dilin söz əmələgətirmə tiplərinin, sözdəyişdirmə imkanlarının araşdırılması, orfoqrafiya və qrafikanın təkmilləşdirilməsi baxımından da böyük səmərə verə bilər. Lüğətdən dil mütəxəssisləri, orta və ali məktəb müəllimləri, mətbuat işçiləri istifadə edə bilərlər.