21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
  Media mütəxəssisi Zeynal Məmmədli millət vəkillərini nətisəsiz işdə günahlandırdı.Bu haqda Üç nöqtə qəzetinə məumat verən ekspert bildirib ki:  Millət vəkillərinin ictimaiyyətin diqqətini və rəyini bu məsələyə cəlb etmələrini alqışlayıram. Amma eyni zamanda onlar nəticə ilə oynayırlar. Nəticənin müzakirəsi heç nə verməyəcək. Səbəblərdən danışmaq lazımdır. Onlar ilk növbədə dövlətdən maliyyələşən kanalların proqramlarını araşdırmalı, komissiya yaratmalıdırlar. 
  Qanuna nə dərəcədə əməl olunur. Məsələn, yazılır ki, xəbər plüralist olmalıdır. Bu telekanallarda olan xəbərlər plüralistdirmi? Bunlar dünyadakı ən qabaqcıl mədəniyyəti xəbərləməlidirlər, ən qabaqcıl mədəni əsərlərdən xəbər verməlidirlər. Dünya nəyi yaşayır, onu xəbərləməlidirlər. Azərbaycanın dövlətdən maliyyələşən kanalları olan AzTV və İTV bunu edirmi? Millət vəkillərinin birbaşa fəaliyyətinə qarışma imkanı məhz dövlətdən maliyyələşən kanallardır. Sən demə, onların bütün narazılıqları özəl televiziyalarda milli-mənəvi dəyərlərlə bağlı, nə bilim ictimai əxlaqla bağlı xoşagəlməyən örnəklərdir. Mən bunu qeyri-səmimilik sayıram. Çünki Azərbaycanda bütün ölkəni əhatə edən AzTV-ni və İTV-ni bir yanda qoyub, məhz özəl telekanalların üstünə düşmək 2 məqamdan xəbər verir. Ya bu adamların zövqü aşağıdır, ya da bilirlər ki, həmin TV-lərə müdaxilə qeyri-mümkündür. Və onlar siyasi iradəsizlik göstərib, dolayısı ilə qızım, sənə deyirəm, gəlinim sən eşit siyasətinə başlayıblar. 
  Bütün bunları istənilən halda millət vəkillərinin ictimai rəyi bir az çaşdırması kimi qiymətləndirirəm. Məsələlərin mahiyyəti birbaşa deyilməlidir. Azərbaycan televiziyaları bütövlükdə hansı səbəblərdənsə çox geridir. Yəni Qafqaz məkanında da ən geri telekanal bunlardır. Ümumi dünyaya baxdıqda da Azərbaycan televiziyalarının istehsal etdiyi məhsul peşəkar, etik dəyərlər baxımından geridə qalıb. Özəlliklə də Azərbaycanda istehsal edilən tele-xəbər proqramlarıdır. Tele-xəbər proqramlarının harada efirə getməsindən asılı olmayaraq, istər özəl, istər dövlət kanallarında maliyyələşən kanallar etika ilə yanaşı, qanunla da tənzimlənir. 
Azərbaycan seyrçisinin əxlaqını pozan, Azərbaycan seyrçisini nimdaş göstərən təkcə əyləncə proqramlarıdırmı? Əgər debat, informasiya proqramlarını, sənədli filmləri yetərincə peşəkar etsələr, insanlar bununla maraqlanacaqlar. Artıq proqramı doldurmaq üçün ucuz, bayağı əyləncə proqramlarına yer qalmayacaq. Ucuz, əyləncə proqramları təkcə o məqsədlə verilmir ki, telekanallar bundan pul götürsün. Bu ondan irəli gəlir ki, başqa verilişlərlə pul qazanma imkanları yoxdur. Bu məsələlərin kökünə baxmaq lazımdır.
xeberler.az