21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
"Tezliklərin MTRŞ-in yox, Radiotezliklər İdarəsinin nəzarətində olması anlaşılmazdır". Bu sözləri “Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət” adlı elmi-nəzəri konfransda Milli İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O.Gündüz bildirib ki, dünyanın heç bir ölkəsində internet-televiziya və internet-radionun tənzimlənməsi ilə bağlı hər hansı qanunvericilik yoxdur: “Mən müxtəlif ölkələrdə olmuşam. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlidən başqa bu mövzuda danışan heç bir şəxsin fikrini eşitməmişəm. Bu gün Azərbaycanda regional telekanalların sayının az olması problemlidir. Azərbaycanda regional telekanalların sayı artmalıdır”.
Onun fikirlərinə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov münasibətini açıqlayıb. Ə.Həsənov bildirib ki, mövzudan kənara çıxmaq lazım deyil: “Burada internet mediası barədə danışılmır. Bu gün biz mərkəzi telekanalları abıra sala bilmirik, o ki ola regional telekanallar. Regional telekanallarda axşamadək imkanlı şəxslərin toylarından başqa bir şey verilmir. Əgər Osman Gündüz regional telekanal istəsə, biz ona icazə verərik”.//lent.az