21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Elektron hökumət” bülleteninin yanvar buraxılışında “Elektron hökumət” portalında (e-gov.az) olan e-xidmətlərin Azərbaycan Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı ilə müqayisəli təhlili aparılıb.
 
Xeberler.az ICTnews-a istinadən məlumat verir ki, bu siyahıda digər dövlət qurumları ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) də 16 xidməti yer alıb. Siyahıya RYTN-in “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsi üçün xüsusi icazə verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu”, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Nömrə resurslarının ayrılması üçün müraciətin və sənədlərin qəbulu”, “Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Telefon çəkilişi, nömrənin dəyişdirilməsi və addan-ada keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Telefon servis xidmətlərinə qoşulma üçün müraciətin və sənədlərin qəbulu”, “İnternet xidmətlərinə qoşulma üçün müraciətin və sənədlərin qəbulu”, “Telekommunikasiya vasitələrinə və qurğularına uyğunluq sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Radiorabitə vasitələrinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Rabitə xidmət haqlarının internet vasitəsilə ödənilməsi”, “Rabitə və kommunal xidmətlər üzrə borcların internet vasitəsilə öyrənilməsi”, “Şəhərlərarası və beynəlxalq danışıq qəbzləri (danışıqların açıqlamaları) barədə məlumatın verilməsi”, “Poçt göndərişlərinin izlənilməsi”, “Dövri mətbuata internet-abunə” və “Elektron imzanın verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətləri daxildir.
 
RYTN-in təsdiq olunmuş 16 elektron xidmətindən 15-i “Elektron hökumət” portalında yerləşdirilib.
 
Ümumilikdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 34 elektron xidməti portal üzərindən istifadə olunur.
 
RYTN-in rəsmi internet səhifəsində (mincom.gov.az) isə 27 elektron xidmət istifadədədir. Nazirliyin Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısında olan 16 xidməti saytda yerləşdirilən 27 xidmət sırasında yer alır.