İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

"Azərbaycanda mobil internet, danışıq, sms və mms kifayət qədər bahadır"

13.01.2015 [12:54]

Fontu böyüt:      

Azərbaycanda mobil rabitə əlçatanlığına və bahalığına görə dünya lideridir
Osman Gündüz: "Təəssüf edirəm ki, nazirin göstərişi hələ də yerinə yetirilməyib"
 
2014-cü ilin 11 ayı ərzində informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 1,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 14,2 faiz çox xidmət göstərilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Məlumatda qeyd olunur ki, xidmətlərdən əldə olunmuş gəlirlərin 57,2 faizi mobil telefon rabitəsinin payına düşüb və ötən ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 7,3 faiz artaraq 836,3 milyon manat təşkil edib.
 
Xeberler.az-ın məlumatına görə, Multimedia Mərkəzinin və Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Bizimyol.info-ya açıqlamasında bildirib ki, danışıq kartlarına xərclənən pul Azərbaycan kimi kiçik bir ölkə üçün olduqca böyük bir rəqəmdir. Onun fikrincə, məbləğin bu qədər çox olması qiymətlərin baha olması ilə bağlıdır: "Bizdə operatorlarda həm mobil internetin qiyməti, həm danışığın, həm də sms və mms-lərin qiyməti kifayət qədər bahadır. Biz bunu dəfələrlə vurğulamışıq. Qonşu ölkələrlə müqayisədə qiymətlər baha olsa da, əvvəlki dövrlərlə müqayisədə mobil operatorlarda qiymətlərin aşağı endirilməsinə meyllilik var. Bir neçə il öncəyə baxsaq görərik ki, bəzi kampaniyalar çərçivəsində kifayət qədər endirimlər var. Real vəziyyət isə odur ki, insanlar tərəfindən ən çox istifadə olunan üç xidmət - mobil internet, danışıq, sms və mms kifayət qədər bahadır".
 
O.Gündüz deyir ki, bu məsələ Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dəfələrlə müzakirə olunub. O özü də bunun şahidi olub: "Hətta kollegiyada da bu məsələ müzakirəyə çıxarılıb. Daha sonra mobil operatorların iştirakı ilə məsələyə bir daha baxılıb. Mobil operatorların əsas bəhanəsi ondan ibarətdir ki, onların xərcləri çoxdur. Nazirlik arabağlantısı ilə əlaqədar mobil operatorlar arasında müəyyən liberallaşma həyata keçirdi. Onlara təklif etdi ki, dərhal qiymətlər endirilsin. Çox təəssüflər olsun ki, aparılan monitorinqlər, müşahidələr onu göstərir ki, hələlik bu qiymətlər qonşu ölkələrlə müqayisədə baha olaraq qalmaqdadır. Əslində sanki mobil operatorlar arasında "centlemen" sazişi var ki, bu rəqabət plana uyğun getsin. Çünki qiymətlərlə, keyfiyyətlə bağlı ciddi bir rəqabət müşahidə olunmur. Gərək cəmiyyət bu məsələni diqqətdə saxlasın. Aidiyyəti qurum da Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Mən təəssüf edirəm ki, nazirin göstərişi hələ də yerinə yetirilməyib". 
 
"Bu il mobil telefonların danışıq qiymətlərində aşağı salınma müşahidə olunacaq"
 
2014-cü ilin may ayında Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov mobil operatorların qiymətlərinin aşağı salınması barədə danışıb. Nazir jurnalistlərə açıqlamasında bildirib ki, bu barədə mobil operatorlarla müzakirələr aparılıb: "Yanvar ayının kollegiyasının qərarları ilə onları tanış etdik. Mən artıq gələcəyə optimist baxıram. Onlar ucuzlaşdırılmış qiymət üzərində danışıqları bitirirlər. Bundan sonra onların imkanı olacaq ki, qiymətləri müəyyən qədər aşağı salsınlar". 
 
Nazir onu da bildirib ki, hazırkı qiymətlər bazar qiymətləridir: "Mobil operatorlara çox təzyiq də etmək olmaz. Qiymətlərin həddən artıq aşağı düşməsi inkişafa mənfi təsir göstərir. Amma hər halda qiymətləri azaltmaq üçün koridor var". 
 
Əli Abbasov internetin də keyfiyyətindən danışıb. O vurğulayıb ki, bu yaxınlarda Dünya İqtisadi Forumunun qlobal texnoloji hesabatında Azərbaycan 7 pillə irəliləyərək dünya ölkələri arasında 49-cu yeri, 20-dən çox göstərici üzrə MDB ölkələri arasında liderdir. "Mobil telefon xidmətinin əlçatanlığına görə isə dünyada birinci yerdədir. İnternetin keyfiyyətinə gəlincə isə, gələn il Azərbaycanda Olimpiya Oyunları keçiriləcək. Bununla əlaqədar olaraq bir neçə şirkətə müraciət etmişik. Yaxın vaxtlarda, ümumiyyətlə, Azərbaycanda rabitənin keyfiyyəti xüsusi standartlarla yoxlanacaq. Bu yoxlama bir-iki ay çəkəcək. Yoxlamanın nəticələrinə əsasən müəyyən tədbirlər görüləcək".
 
Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov Bizimyol.info-ya bildirdi ki, nazir keçən ilin son aylarında mobil operatorlarla bağlı açıqlama verib: "2015-ci il üçün tədbirlər nəzərdə tutulub. Operatorlara da bununla bağlı müəyyən tövsiyələr verilib. Onlar da bunu nəzərə almaqla öz təkliflərini Tarif Şurası ilə tənzimləyəcəklər. Güman edirik ki, bu il mobil telefonların danışıq qiymətlərində aşağı salınma müşahidə olunacaq". 
 
Azərbaycanda və digər ölkələrdə mobil operatorların tarifləri və qiymətlər
 
Mobil operatorlar arasında kiçik bir araşdırma aparsaq görərik ki, əslində onların təqdim etdiyi tariflər arasında böyük fərq yoxdur. Məsələn, "Azercell" Telecom MMC-nin təqdim etdiyi "Gəncsim" tarif paketində şəbəkədaxili yerli zəngin bir dəqiqəsi - 10 qəp, şəbəkəxarici yerli zəng - 14 qəp, 1 SMS - 3 qəp, 1 MMC - 8 qəp, 1 MB internet isə 20 qəpikdir.  Artıq bir ildir ki, zəngin hesablama intervalı 15 saniyədən 20 saniyəyə uzadılıb, internet üçün isə bu interval 10 KB təşkil edir. Hesablama intervalı dedikdə fərz edək ki, siz yoldaşınızla cəmi 5 saniyə danışmısınız. Buna baxmayaraq, hesabınızdan 20 saniyəyə görə ödəniş tutulacaq. 
 
"Bizimkilər" tarif paketində şəbəkədaxili yerli zəngin bir dəqiqəsi 7 qəp, şəbəkəxarici yerli zəng - 14 qəp, 1 SMS - 3 qəp, 1 MMC - 10 qəp, 1 MB internet isə 40 qəpikdir. Digər tarif paketi "Hər yerə"də isə ölkədaxili zəngin bir dəqiqəsi 10 qəp, 1 SMS - 3 qəp, 1 MMC - 10 qəp, 1 MB internet isə 40 qəpikdir. Bu tarif paketləri arasında daha sərfəlisi tələbələr üçündür. Tələbələrin ən çox rahat danışa biləcəyi abonentlər elə həmin tarif paketindən istifadə edən tələbələrdir. Belə ki, tarifdaxili zənglərin 1 dəqiqəsi 1 qəpikdən hesablanır, ölkədaxili zənglər isə 5 qəpikdən, SMS isə 2 qəpikdir. 
 
Fakturalı xətt abonentləri üçün isə tarif paketlərində hər ay abonentlərə 200 dəqiqə danışıq, 200 SMS-dən başlayaraq 600-800 dəqiqə danışıq və müxtəlif həcmli internet paketləri təqdim edilir. Burada isə ödənişlər aylıq abunə haqqından ibarətdir. Abunə haqları isə hər mobil operatorunda müxtəlifdir. Qiymətlər 10, 20, 30, 40 və daha çox ola bilər. Abunə haqqı təqdim edilən danışıq dəqiqələrinə, sms sayına və internet paketinə görə dəyişir. Ümumi götürsək,  danışıq qiymətlərinin fərqinin elə də çox olmadığını görmək olar. 
 
Avropa ölkələrində müştəri operatorla müəyyən müddətlik müqavilə imzalayır. 2 ildən artıq olmayan müddət ərzində müştəri pulsuz telefon və nömrə əldə edir. İmzalanan müqaviləyə əsasən müştəri həmin dönəmdə rabitə operatorunun xidmətlərindən istifadə etməlidir. Tariflər isə ölkələrə uyğun olaraq dəyişir. Almaniyada operatordan asılı olaraq 22-29 avro ödəməklə bir ay ölkə daxili bütün istiqamətlərə limitsiz danışıq imkanı əldə etmək mümkündür. Bu zaman bir neçə tarif paketi təklif edilir. Paketlərin fərqliliyi internet trafiki, sms-lərə və digər operatorlara zənglərlə bağlıdır. Müştəri öz seçimi ilə digər operatorlardan biri ilə pulsuz danışıq əldə edə bilər. Dünyada ən ucuz mobil rabitə xidmətləri olan ölkələrdən biri də Amerika Birləşmiş Ştatlarıdır (ABŞ). ABŞ-da həm ölkədaxili, həm də beynəlxalq zənglərə görə də cüzi ödəniş edilir.
 
Bu ölkədə mobil internetin və SMS-lərin qiyməti başqa ölkələrə nisbətən daha ucuzdur. Əksər operatorlar aylıq bir neçə dollar müqabilində limitsiz danışıq təqdim edir. Beynəlxalq zənglərin qiyməti isə seçdiyin paketdən asılı olaraq bir dəqiqəsinə görə 1 sent də təşkil edə bilər. Azərbaycanda mobil telefonla danışığın qiyməti hər dəqiqəsinə görə təxminən 0,12 dollar olduğu halda Özbəkistanda bu göstərici 0,02 ABŞ dollarına bərabərdi. Moldovada bir dəqiqənin qiyməti 0,11 dollar, Belarusda 0,08 dollar, Ukraynada 0,07 dollar, Tacikistan və Qırğızıstanda isə 0,05 dollardır.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar