21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Oktyabrın 27-də Lənkəranda Azərbaycan Jurnalistlər Birliyinin Media Resurs Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzin rəhbəri Xaqani İbadovun Qaynar.info-ya verdiyi xəbərə görə, Media Resurs Mərkəzi cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər üçün faydalı olacaq: “Cənub bölgəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin vəziyyətinin təhlili göstərir ki, bu nəşrlərdə fikir və məlumat azadlığı sahəsində ciddi problemlər mövcuddur. Rayon qəzetlərinin maddi-texniki bazasının zəifliyi, peşəkarlığın aşağı səviyyədə olması fikir, söz, məlumat azadlığının inkişafına mane olur. Regional qəzet redaksiyaları qəzetlərin yığılmasında, səhifələnməsində, maketinin qurulmasında və çapında ciddi çətinlik çəkirlər. Bölgə qəzetlərin əksəriyyətində müvafiq texniki vasitələr, qəzetin yığılması üçün lazımi avadanlıq yoxdur. Bu avadanlıq isə bahadır və bölgə qəzetlərinin onu əldə etmək imkanı yoxdur”.
X.İbadov qeyd edib ki, region qəzetlərinin texniki bazasının modernləşdirilməsi informasiya məkanında inkişaf üçün ciddi stimul ola bilər: “Mərkəzin bu regionda yaradılmasının məqsədi cənub bölgəsində KİV-in, jurnalistikanın, söz və mətbuat azadlığının inkişafına yardım göstərməkdir. Eyni zamanda yerli mətbuata və bölgədə işləyən jurnalistlərə texniki vasitələri təqdim etməklə onların bu sahədə problemlərini aradan qaldırmaqdır”.
Mərkəzin nəzdində jurnalistlərin sərbəst istifadə edə biləcəyi media ilə bağlı kitabxana açılacaq, bölgə qəzetlərinin səhifələnməsi və bu sıradan digər texniki problemlərin həll olunması üçün kompüter mərkəzi yaradılacaq. Yerli jurnalistlərin informasiya resurslarına müraciət imkanlarını genişləndirmək üçün pulsuz internet klub yaradılacaq, müxtəlif dövlət və qeyri-dövlət təşkilatlarını vacib tədbirlərin keçirilməsi, ayrı-ayrı mövzulara dair konfransların təşkili üçün media klubu təşkil ediləcək. Media Resurs Mərkəzinin konfrans zalından yerli media strukturları, jurnalistlər, QHT-lər, ictimai təşkilatlar pulsuz istifadə edəcəklər.
Azərbaycan Jurnalistlər Birliyinin Media Resurs Mərkəzi Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə yaradılıb.