21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Nobel mükafatının informatika sahəsində ekvivalenti hesab olunan və Hesablama Texnikası Assosiasiyası (Association for Computing Machinery, ACM) tərəfindən təqdim olunan “Türinq” mükafatının 2010-cu il qalibi Harvard Universitetinin professoru Lesli Valiant olub. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lesli Valiant kompüter texnologiyaları sahəsinin ən nüfuzlu mükafatlarından olan “Türniq”ə öyrədilən kompüterlərin yaradılmasına görə layiq görülüb. ACM nümayəndələri onun süni intellektin yaradılması, eləcə də şifahi və yazılı nitqin tanınması texnologiyasının işlənib hazırlanmasında töhfələrini xüsusi vurğulayıblar.
2011-ci ilin mart ayında “Jeopardy” televiktorinasının iki oyunçusuna qalib gəlmiş “IBM Watson” superkompüterin hazırlanması zamanı məhz Lesli Valiantın işləri əsas kimi götürülüb. “Türinq” laureatı 250 min dollar məbləğində pul mükafatı alıb. 
Kompüter texnologiyaları sahəsinin ən nüfuzlu mükafatı olan “Türinq”-in qeyri-rəsmi adı “kompüter Nobelidir”. Türinq adı isə “Türinq maşınının” yaradıcısı ingilis riyaziyyatçısı və kriptoqrafı Alan Türinqin şərəfinə qoyulub.