21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) Gənclər və İdman Nazirliyi ilə birgə “Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması tapşırılıb. Mərkəzin yaradılması 2012-ci ildə nəzərdə tutulub.
Həmçinin Tədbirlər Planı çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müvafiq dövlət qurumları ilə birgə Azərbaycanın “online fikir bankı”nı yaratmalı və internet jurnalistika sahəsi üzrə təlimlər təşkil etməlidir.
Bundan əlavə RİTN-ə tədbirlər planının digər bəndləri üzrə də dövlət strukturları ilə birgə müvafiq işlərin görülməsi həvalə edilib.