21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün - 31 mart 2011-ci il saat 15.00-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında 31 mart soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə tələbələr virtual aksiya həyata keçirildilər. Builki aksiya şərti olaraq, “Gənclər terror əleyhinə” adlandırılmışdı.
Təşkilatın mətbuat xidmətinin rəhbəri Məcid Musayevin verdiyi məlumata görə, aksiyada paytaxtın 10-dan çox ali təhsil ocağından 20-dən çox tələbə iştirak edirdi. Aksiyanı giriş sözü ilə açan ATGTİ-nin sədri Şahin İsmayilov 1918-ci il 31 mart soyqırımı haqqında gənclərə məlumat verdi və bu soyqırımın beynəlxalq müstəvidə hələ də laiqli qiymət almadığını bildirdi.
Aksiya çərçivəsində ATGTİ-də toplaşan gənclər Avropa Şurasının, Avropa Parlamentinin, BMT-nin müxtəlif strukturlarının, nüfuzlu beynəlxalq siyasi təşkilatların, xarici ölkələrin parlament üzvlərinin və xarici diplomatik korpusların elektron poçt ünvanlarına 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi terroraktları barədə ümumilikdə 25.000-dən çox elektron ünvana bir neçə dilə tərcümə olunmuş minlərlə məlumatlar və fotoşəkilləri göndərildi.
Qeyd edək ki, bu cür virtual aksiyalar artıq 5 ildir ki keçirilir. Aksiyalarda paytaxt gəncləri ilə birgə regionlardakı gənclərimiz də fəal iştirak ediblər.