21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Mətbuat Şurası fəaliyyət göstərməyən kütləvi informasiya vasitələrinin qeydiyyatının ləğvi üçün ilin sonuna qədər Ədliyyə Nazirliyinə müraciət edəcək.
İndi ölkədə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq daimi fəaliyyət göstərən qəzetlərin sayı 500-ə yaxındır, - deyə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Amaşovun sözlərinə görə, daimi fəaliyyət göstərən qəzetlərin 30-u gündəlik çap olunur. 50-dən çoxu həftəlik qəzetlərdir. Qalanları müvafiq vaxtlarda çap olunur, təxminən yüzə qədəri isə uzun müddətdir fəaliyyət göstərmir, - şura sədri əlavə eidb.
Şura sədri deyib ki, hazırda qeydiyyatdan keçən bütün kütləvi informasiya vasitələri ilə bağlı ciddi araşdırmalar aparılır. Biz ilk növbədə həmin KİV-lərin son iki ildə fəaliyyət göstərib-göstərmədiyini dəqiqləşdirməliyik. Bunun üçün nəşriyyatlarda və mətbəələrdə araşdırmalar aparılmasına ehtiyac var. Fikrimcə, prosesi ilin sonuna qədər yekunlaşdıra biləcəyik, - Amaşov vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.Trend