21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Xarici KİV-lərin verdiyi məlumata görə, axtarış nəhəngi Google indi də turizm sektoruna girir. Məlumata görə, Google uçuş məlumatlarını istifadəçi ekranına yağdıracaq layihələr təqdim edir. Googlenin anti-tröst kimi nüfuzlu təşkilatlardan razılıq alıb-almayacağı isə maraqla gözlənilir.
Google turizm sektorunda işini sağlama almaq üçün 14 illik uçuş məlumatları proqramlama firması ITA ilə razılaşıb. Axtarış nəhəngi ITA-nı 700 milyon dollar nəğd pula satın alınıb.
Googlenin bu addımı atdıqdan sonra şirkətin gələcək iş prinsipində də yeni dəyişikliklər edəcəyi sübhəsizdir. Google hava nəqliyyatı kimi bir sektoru axtarış sistemi üzərindən şirkətlərə ötürmək əvəzinə öz xidmətləri vasitəsilə birbaşa istifadəçilərə təqdim etmək və gəlirlərin hamısını özü əldə etmək istəyir. Mütəxəsislər bununla birlikdə Googlenin yeni fərqli iş sektorlarına da girə biləcəyini istisna etmirlər.
Xatıradaq ki, ITA 1990-cı illərdə bir neçə MIT kompüter mühəndisi tərəfindən qurulub. Şirkət inkişaf etdirdiyi proqramlarla istifadəçilərin ən ucuz biletləri tapa bilmələrinə imkan yaradır. Aralarında Microsoftun axtarış sistemi Bingin də olduğu hava nəqliyyatı sənayesi şirkəti ITA-nın proqramlarını istifadə edir. Eric Schmidt Google CEO-nun ITA-nın həmin şirkətlərlə olan mövcud razılaşmalarını qoruyacağını və yeni əlaqələr qurmaq istədiklərini açıqlayıb. Satınalma işinə Microsoftun necə bir reaksiya verəcəyi maraqla gözlənilir.
ELMAR.V