21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Daha intellektli vətəndaş formalaşması üçün telekanallar öz mövqelərini ortaya qoymalıdırlar
Azərbaycanın Prezident Administrasiyasının rəhbəri hesab edir ki, telekanallarda gözlənilən səviyyədə dəyişikliklər baş verməyib.
Telekanallar tənqiddən müəyyən nəticələr çıxarıb. Bununla belə, hələlik biz gözlədiyimiz səviyyədə nəticə çıxarılmayıb, - Bu barədə bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.
Mehdiyev deyib ki, televiziya Azərbaycanın həyatında çox mühüm rol oynayır: İnsanların məlumat almasında, tərbiyə olunmasında telekanalların böyük rolu var. Lakin televiziya kanallarında müəyyən proseslər var ki, Azərbaycan tamaşaçısının intellektual səviyyəsi ilə kifayət qədər uyğunlaşmır. Ona görə də bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu dəyişiklik telekanallarda da baş tutmalıdır. Daha intellektli vətəndaş formalaşması üçün telekanallar öz mövqelərini ortaya qoymalıdırlar. Ona görə də bu sahədə ciddi dəyişikliklər olmalıdır.