21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru aprelin 16-da saat 12.00-da Milli Televiziya və Radio Şurasında (MTRŞ) seçiləcək. Bu barədə İctimai Televiziya və Radio Yayımları Şurasının sədri Cahangir Məmmədli bildirib.
Onun sözlərinə görə, bu gün İTV-nin baş direktoru vəzifəsini tutmaq üçün elan edilən müsabiqəyə sənədlərini təqdim edən İTV-nin səlahiyyət müddəti başa çatmış baş direktoru İsmayıl Ömərov , ATV-nin xəbər redaktoru Bəhruz Məhərrəmov, İTV-də fəaliyyət göstərən “Carçı” telefilmin direktoru Azad Məmmədovla Yayım Şurasının üzvlərinin görüşü keçirilib: “Namizədlərin hər birinə onların xarakterini, peşə bacarıqlarını, İTV-də nəyi dəyişmək istədiklərini müəyyənləşdirmək, İTV-nin idealları, prinsipləri ilə bağlı suallar verildi. Çox səmimi söhbət oldu. Görüşün sonunda Bəhruz Məhərrəmov öz namizədliyini geri götürdü.
Beləliklə də İTV-nin baş direktorunu seçmək üçün cəmi iki iştirakçı – İsmayıl Ömərov və Azad Məmmədov qalıb”. Qeyd edək ki, İTV-nin baş direktorunu seçmək üçün İctimai Televiziya və Radio Yayımları Şurasının elan etdiyi müsabiqə martın 31-dən aprelin 7-dək davam edib.APA