21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Nəhəng sosial-internet şəbəkəsi Facebook qiymətli kağızlar bazarına çıxmaq niyyətindədir.
Belə ki, sosial internet şəbəkəsi 2009-cu ilin ortalarında ekspertlər tərəfindən 10 milyarddan 50 milyard dollara kimi qiymətləndirilirdi. 2010-cu ilin isə ancaq 3 rübündə dünyanın ən gənc zəngini tərəfindən yaradılan Facebook”un gəliri 1,2 milyard dollar, təmiz gəliri isə 355 milyon dollar təşkil edib. The Wall Street Journal”ın yazdığına görə, bütün bunlar şəbəkə yaradıcısı və onun ətarfında olanları açıq səhmdar cəmiyyət yaratmağa şirnikləndirir. Məsələyə aydınlıq gətirməyə çalışan qəzet yazır ki, Facebook un planlarına əsasən, bu il şirkətin payçılarının sayı 500-ü keçəcək ki, bu da şəbəkənin maliyyə məlumatlarını yeniləməyə gətirib çxaracaq. Bu vaxta qədər şikət bu prosesi süni şəkildə sürətləndirməyə çalışmırdı.
Lakin həftənin əvvəlində “Goldman Saks” bankı və Rusiyanın Digital Sky Technology” şirkəti Facebook”un qiymətli kağızlarını 500 milyon dollara əldə etdikdən sonra sosial şəbəkənin kapitallaşması qəfildən sürətli şəkildə qalxıb. Bu isə öz növbəsində hazırda sərmayədarlar arasında ajiotaja səbəb olub.