İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanın ilk internet radiosu – Day.Az Radiosunun 4 yaşı tamam olur

01.03.2011 [18:02]

Fontu böyüt:      

4 il əvvəl, 2007-ci il mart ayının 1 – də Azərbaycanda ilk internet radio – Day.Az Radio fəaliyyətə başlayıb. Day.Az Radionun əsas məqsədi Azərbaycanın qədim və müasir tarixini, reallığını, mədəniyyətini və musiqisini dünya ictimaiyyətinə çatdırmaq və təbliğ etməkdir. Eyni zamanda məqsəd bütün dünya azərbaycanlılarını həmrəy etməkdir. Onlara milli mədəniyyəti bir daha xatırlatmaqla, onların azərbaycanlı olduğundan qürür hissini oyadıb, yaşatmaqdır.

Radiodan yüz minlərlə dinləyici faydalanır 

4 il əvvəl, 2007-ci il mart ayının 1 – də Azərbaycanda ilk internet radio – Day.Az Radio fəaliyyətə başlayıb. Day.Az Radionun əsas məqsədi Azərbaycanın qədim və müasir tarixini, reallığını, mədəniyyətini və musiqisini dünya ictimaiyyətinə çatdırmaq və təbliğ etməkdir. Eyni zamanda məqsəd bütün dünya azərbaycanlılarını həmrəy etməkdir. Onlara milli mədəniyyəti bir daha xatırlatmaqla, onların azərbaycanlı olduğundan qürür hissini oyadıb, yaşatmaqdır. 

Day.Az Radionun efirində “Cahan”, “F.A.N”, “SoLo”, “Shock-Show”, “Heftenin Onlugu”, “6-8” kimi verilişləri dinləyə bilərsiniz. Bundan başqa, “Verilişlərin arxivi” bölməsində siz bəyəndiyiniz verilişi yenidən dinləyə bilərsiniz. 

Artıq “Day.Az Radio”nu mobil telefonlara köklənmiş xüsusi radio proqramları vasitəsilə də dinləmək olar. BlackBerry, iPhone / iPad, Samsung, Windows Phone və s. smartfon istifadəçiləri “TuneIn Radio” proqramını yükləməklə Day.Az Radionu dinləyə bilərlər.

Day.Az Radiodan yüz minlərlə dinləyici faydalanır. Dinləyicilərimizin çox hissəsini qərib azərbaycanlılar, xaricdə yaşayan, çalışan, təhsil alan həmvətənlərimiz təşkil edir. Onlar bu radio vasitəsilə Azərbaycan milli musiqisini dinləyib, nostalji hisslərə qapanıb, bu radionun sayəsində  özlərini sanki bir anlıq öz doğma torpaqları olan Azərbaycanda hiss edirlər. 

Day.Az Radioda efirə çıxan siyasi-iqtisadi, tarixi-mədəni, elmi-kütləvi mövzularda hazırlanan peşəkar səviyyəli tok-şouların dinləyicisinə çevrilə bilərsiz. 

Day.Az Radionun xəbərlər xidməti canlı olaraq hər saatın tamamında Azərbaycanda və dünyada baş verən ən mühüm hadisələrin təqdimatı ilə efirə çıxır. 

Day.Az Radionun əyləncə xarakterli (show) verilişləri zamanı dinləyicilər dünyanın müxtəlif yerlərindən forum, mail və telefon zəngi vasitəsilə birbaşa əlaqə yaratmaq imkanı əldə edirlər. Burada dinləyicilər musiqi sifarişləri, təbriklər və salamlarını da çatdıra bilərlər. 

Day. Az Radioya ölkənin müxtəlif sahələrində fəaliyyət göstərən Azərbaycanın tanınmış siyasi, mədəni xadimləri, məşhur simaları, mütəxəssislər dəvət edilir. Bu zaman günün tələbinə cavab verən aktual, tematik və digər mövzular qonaqlarla canlı efirdə peşəkar səviyyədə geniş və ətraflı şəkildə müzakirə olunur. 

Day.Az Radionun xəbərlər xidməti öz fəaliyyətini və məhsullarının sayını daha da artırmaq və genişləndirmək məqsədilə ciddi addımlar atmaq istiqamətində tədbirlər həyata keçirir. 

Day.Az Radioda bütün dinləyicilərin təklif və rəyləri nəzərə alınır, onların suallarına cavab verilir. Bunun üçün [email protected] ünvanına müraciət edilməlidir.

Day.Az Radionu dinləmək üçün  
http://www.radio.day.az/səhifəsinə daxil olmaq kifayətdir. Bu zaman radio avtomatik olaraq səslənəcək. Sizin iş gününüzü və internetdə keçirdiyiniz vaxtı xoş musiqi, xəbərlər və tematik mövzulu proqramlar müşayiət edəcək.

Bundan başqa, “Video” bölməsində Day.Az Radionun qonaqlarının video-arxivlərini izləyə bilərsiniz.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar