21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Nuşirəvan Məhərrəmli:"Dəfələrlə telekanalların rəhbərlərinə türk dilində yayımlanan filmlərin normadan çox olduğu barədə xəbərdarlıq etmişdik!!!"
"Azərbaycan telekanallarında türk dilində filmlərin yayımına qadağa qoyulması haqqında sərt qərarın qəbul edilməsində telekanalların özləri günahkar olub", Trend News-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
"Aparılmış monitorinqlər nəticəsində hər bir kanalın həftədə orta hesabla 34 saat türk dilində filmlər yayımladığı məlum olub. Milli Televiziya və Radio Şurası dəfələrlə telekanalların rəhbərlərinə türk dilində yayımlanan filmlərin normadan çox olduğu barədə xəbərdarlıq etmişdi ", - Məhərrəmli bildirib.
Məhərrəmli deyib ki, türk və digər əcnəbi dillərdə filmlərə baxılması üçün peyk anteni və kabel televiziyasından istifadə olunmalıdır.
xeberler.az/Ellada