21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Las-Veqasda dünyanın istehlakçı elektronikası sahəsində ən iri tədbirlərindən biri olan Consumer Electronics Show (CES) sərgisinə start verildi.
İstehlakçı Elektronikası Assosiasiyasının (CEA) təşkilatçılığı ilə keçirilən bu tədbirə hər il müxtəlif ölkələrdən 2500-dən çox iştirakçı qatılır. Bu ilki sərgidə isə daimi iştirakçılar sırasında daha 330 şirkət əlavə olunub. Şirkətlər tərəfindən CES-2010-da 20 mindən çox həm ənənəvi, istifadəçilər tərəfindən artıq populyarlıq qazanmış, həm də tam yeni məhsul və qurğuların təqdim olunacağı gözlənilir.
Səbirsizliklə gözlənilən yeniliklərdən isə Microsoft-un planşet kompüterini qeyd etmək olar. 
Həmçinin sərgi çərçivəsində maraqlı təqdimatlar arasında aşağıdakıları sadalamaq olar: NEC Electronics America Inc. şirkətinin USB 3.0 üçüncü nəsil şini; TDVision Systems Inc. və CyberLink şirkətlərindən NVIDIA 3D Vision formatına uyğun olan HD 3D-həllər (1920x1080); Symwave və XONA Media şirkətlərindən DVD-faylları 10 saniyədən də az vaxta yükləmək imkanı verən Instant Movie Download (XIMD) yükləmə texnologiyası; Intel-dən Intel Core yeni seriya prosessorlar xətti; Blu-ray formatının yekun 3D-xarakteristikaları və s.