21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda İnternet vasitəsi ilə canlı yayımlanan veriliş fəaliyyətə başlayıb. "Məncə" adlanan veriliş hər cümə axşamı saat 16:00-da www.mediamerkez.az saytının ana səhifəsində yayımlanacaq. Verilişi həmçinin ACI-YF www.soros.az saytında izləmək mümkün olacaq.
 
Verilişin məqsədi, cəmiyyətin müxtəlif sahələrinin inkişafına təkan verəcək mövzular ətrafında maarifləndirici müzakirələr aparmaq və debatlar üçün platforma yaratmaqdır.  
 
İlk verilişin qonağı, kommunikasiya və marketinq üzrə mütəxəssis Rəşad Bayramov idi. Rəşad tamaşaçılara Azərbaycanda işə düzələrkən və ya iş yerini dəyişmək istəyərkən müxtəlif sosial şəbəkələrdən səmərəli istifadə etmək haqda məlumat verdi. 
 
"Məncə"-nin növbəti verilişini izləməklə yanaşı, həm də canlı olaraq qonaqlara suallar yaza, veriliş barədə şərh və təkliflər verə bilərsiniz.
Bundan əlavə, tamaşaçılar növbəti veriliş üçün qonaqlar və mövzular təklif edə və həmçinin verilişin qonağı ola bilərlər. 
Hacıbəy Heydərli