21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Multimedia Mərkəzi tərəfindən  01 dekabr 2010 – cu il tarixdən etibarən dövlət qurumlarının və bələdiyyələrin rəsmi internet resurslarının Monitorinqinə başlanacaq.       
Monitorinq prosesi “İctimai informasiya subyektlərinə məxsus ictimai  informasiyaların açıqlanması  vəziyyətinin Monitorinqi” Layihəsi çərçivəsində həyata keçirilir.  Dövlət  qurumları və bələdiyələrin informasiya açıqlığı  vəziyyətini müəyyən etmək üçün aparılan Monitorinq ölkə qanunvericiliyi  və  beynəlxalq  təcrübə nəzərə  alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan  Metodika əsasında  gerçəkləşdirilir.   
    
Metodikada dövlət  qurumlarının və bələdiyyələrin rəsmi İnternet  resurslarında yerləşdirilən informasiyaların kəmiyyət  və keyfiyyət  cəhətdən  analiz  edilməsi  və qiymətləndirilməsi nəzərdə tutulub.   
    
2010-cu ilin iyul  ayında  başa  çatması nəzərdə tutulan Monitorinq əsasında konkret ictimai informasiya resursları  üzrə  icmal  və tövsiyələrin hazırlanması, informasiya  açıqlığı üzrə Reytinq  Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub.
    
Bu mərhələdə keçiriləcək Monitorinq prosesində 60  dövlət  qurumunun və 15 Bələdiyyənin  rəsmi internet resursunun informasiya açıqlığı vəziyyətinin araşdırılması nəzərdə tutulub.
    
Daha  geniş məlumat  www.informasiya.org  saytında  yerləşdirilib. Layihə  ACİ-Yardım Fondu tərəfindən dəstəklənib.